Aşağı Gövhər ağa məscidi

Şuşa şəhəri,Kərbəlayi Səfixan küçəsi
Məscid

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
345
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Ölkə əhəmiyyətli
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Məscid
Abidənin vəziyyəti:
Qismən dağıdılmışdır

ABİDƏ HAQQINDA

İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Məscidin memarı Qarabağlı Kərbəlayi Səfixan olubdur. Yuxarı Gövhər ağa məscidi inşa edildikdən sonra isə, bu məscid Şuşa camaatı arasında Aşağı Gövhər ağa məscidi adlandırılmağa başlandı. Məscidin inşa tarixi 1874-1875-ci illərə təsadüf edir. Aşağı və Yuxarı Gövhər ağa məscidləri sözün əsl mənasında müsəlman Şərqinin əzəmətli və nadir incilərindən sayılırdı. Bu şahanə məscid sırasında dayanan 17 məscid də şəhərə xüsusi gözəllik və müdriklik gətirirdi.1992-ci ilin mayında Şuşanın işğalı zamanı Aşağı Gövhərağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnib. Daxildə və xaricdə divar yazıları pozulub, interyerinə erməni və rus dillərində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılıb. Abidə qismən də olsa qalır.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.7616917
Latitude:
46.7534463