Şirin su hamamı

Şuşa şəhəri, Merdinli məhəlləsi
Hamam

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
365
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Ölkə əhəmiyyətli
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Hamam

ABİDƏ HAQQINDA

Şuşanın memarlıq abidələrinin içərisində özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Şirin su hamamıdır. Bu hamam 1878-1880-ci illərdə Xan qızı Xurşidbanu Natəvan tərəfindən inşa etdirilibdir.Hamamın layihəsi tanınmış memar Kərbəlayi Səfixan Qarabağiyə aiddir. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edirdi. Şirin su hamamı Natəvanın hələ 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılmağa başlanıbdır. Şirin su hamamı Şuşa şəhərinin 1992-ci il may ayının 8-nə kimi, yəni Şuşanın ermənilər tərəfindən işğal edilməsinə kimi fəaliyyət göstərirdi.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.7630628
Latitude:
46.7520933