Kamiltəpə yaşayış yeri

Ağcabədi rayonu, Kəbirli kəndi
Yaşayış məskəni

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
746
Abidənin növü:
Arxeoloji abidələr
Əhəmiyyət dərəcəsi:
Ölkə əhəmiyyətli
Kateqoriya:
Yaşayış məskəni
Abidənin dövrü:
Eneolit dövrü
Abidənin arxeoloji dövrü:
Eneolit dövrü
Abidənin vəziyyəti:
Kafi vəziyyətdədir

ABİDƏ HAQQINDA

Ötən əsrin ortalarında Örənqala arxeoloji ekspedisiyası eneolit dövrünə aid Ağcabədi rayonunun Kəbirli və Aran kəndlərindən 5 km cənub-qərbdə, Qarasu adlı çay yatağının sol sahilindəki Kamiltəpə yaşayış məskənini qeydə alıbdır. 1955-1956-cı illərdə A.A.İyessen və Ö.Ş.İsmizadənin apardığı kəşfiyyat işləri zamanı abidədən saxsı məmulatı, obsidiandan əmək alətləri və çiy kərpicdən tikili qalıqları aşkar edilibdir. 2008-ci ildə Mil-Qarabağ arxeoloji ekspedisiyası Qalatəpə antik və ilk orta əsr şəhər yerində qazıntılar apararkən Kamiltəpə yaşayış məskənində kiçik şurf qoymuş və nəticədə çiy kərpicdən hörülmüş tikili qalıqları, obsidian və çay daşlarından hazırlanmış əmək alətləri və saxsı nümunələri aşkara çıxarılıbdır. 2009-cu ilin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyası ilə Almaniya Arxeologiya İnstitutunun birgə əməkdaşlığı nəticəsində T.Əliyev və B.Helvinqin rəhbərliyi altında Kamiltəpə abidəsində arxeoloji tədqiqatlara başlanılıbdır. Tədqiqatlar nəticəsində yaşayış məskəninin 7500 il əvvələ aid olduğu göstərildi.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.8555123
Latitude:
47.3807622