Azıx mağara düşərgəsi

Xocavənd rayonu, Azıx kəndi
İbtidai insan məskəni

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
22
Abidənin növü:
Arxeoloji abidələr
Əhəmiyyət dərəcəsi:
Dünya əhəmiyyətli
Üslubu:
Təbii mağara
Kateqoriya:
İbtidai insan məskəni
Abidənin dövrü:
Alt paleolit dövrü
Abidənin arxeoloji dövrü:
Alt paleolit dövrü
Abidənin vəziyyəti:
Yaxşı vəziyyətdədir

ABİDƏ HAQQINDA

Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli və səfalı guşəsində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr, çayın müasir yatağından 100 - 120 metr yüksəklikdə, Füzuli şəhərindən 16 kilometr aralıda yerləşir. 1960-cı ildən Məmmədəli Hüseynovun başçılığı ilə Paleolit arxeoloji ekspedisiyası Azıx mağarasında qazıntılara başladı. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırmalar 1985-ci ilədək iki mərhələdə davam etdirildi. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960 - 1973 - cü illəri əhatə edirdi. Bu mərhələdə arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alındı. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapıldı. 1968 - ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etdi. Çənə sümüyünün 350-400 min il yaşı var. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunubdur. Tədqiatlar göstərdi ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi. Ətraflı: Azərbaycan Arxeologiyası. I cild. Bakı,2008

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.619239
Latitude:
46.9863474