Çalağantəpə yaşayış yeri

Ağdam rayonu, Əfətli kəndi
Yaşayış məskəni

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
28
Abidənin növü:
Arxeoloji abidələr
Əhəmiyyət dərəcəsi:
Dünya əhəmiyyətli
Kateqoriya:
Yaşayış məskəni
Abidənin dövrü:
Eneolit dövrü
Abidənin arxeoloji dövrü:
Eneolit dövrü
Abidənin vəziyyəti:
Məhv olmaq üzrədir

ABİDƏ HAQQINDA

Çalağantəpə yaşayış yeri Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, Аğdam-Ağcəbədi şosse yolunun 17-ci km-də, yoldan 120 metr sağ tərəfdə yerləşir. Abidədə 1980-1987-ci illərdə arxeoloq İdeal Nərimanov tərəfindən arxeoloji qazıntı aparılıbdır. Abidənin uzunluğu 70 metr, eni isə 40 metr olan yarıdağılmış təpədən ibarətdir. Qazıntı zamanı aşkar olunan binalar dairəvi formalı olub çiy kərpicdən inşa edilmişdi. Evlərin diametri 3 metrə çatır. Onlardan bəzisinin diametri 5,5 metrdir. Gil döşəmədə həsir, divarın içəri tərəfində isə iki dəfə ağardılmış suvaq qalıqlarına rast gəlinibdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa, obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər aşkar olunubdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş və cilalanmışdı.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
40.03475
Latitude:
47.12145