Əsgəran qalası

Xocalı rayonu, Əsgəran qəsəbəsi
Qala

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
263
Abidənin növü:
Memarlıq abidələri
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Qala
Abidənin vəziyyəti:
Kafi vəziyyətdədir

ABİDƏ HAQQINDA

Qarabağ xanı İbrahim xanın 1787-ci ildə tikdirdiyi Əsgəran qalası Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında yerləşir. Şuşadan 24 km məsafədə olan Əsgəran qalasının dağlıq relyefə və Qarqar çayının enli yatağına uyğun iki hissəli quruluşu var. Əsgəran qalasının sol sahil relyefinin ən uca yerində tikilmiş düzbucaqlı hissəsi iç qalaya bənzəyir. İç qaladan ayrılan iki divar sahilə endikcə bir-birindən aralanır. Oniarı aşağıda sahil xəttinə parallel uzanan qala divarı birləşdirir. Bu ikiqat divar-sədd sahil yamacının ətəyində və zirvəsində olan qalaçaları və ortadakı iki bürcü vahid, möhkəm müdafiə sistemində birləşdirir. Şuşaya — xanlığın mərkəzinə açılan darvaza bu səddədir. Səddin paralel iki divar kimi olması düşmən çay yatağını keçdiyi zaman qala içində olan əsgərlərin bir-biri ilə əlaqəsinə və yaxşı müdafiə olunmasına imkan verirdi. Əsgəran qalasının dairəvi və kvadrat planlı bürcləri icəridə iki və üç mərtəbəli olub daş günbəzlərlə ortülü imiş. Əsgəran qalası öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Onu Azərbaycanın çox əsrlik müdafiə sədləri ənənəsinin son örnəyi saymaq olar. Gözəl və qeyri-adi landşaftı olan bir yerdə salınması, ağırvə bütöv həcmlərin ətraf təbiətlə üzvi bağlılığı Əsgəran qalasının memarlığına son dərəcə təsirli görünüş verir.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.931045
Latitude:
46.839858