Şuşa Tarix-Memarlıq Qoruğu

Şuşa rayonu
Qala

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
21
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Dünya əhəmiyyətli
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Qala
Abidənin vəziyyəti:
Məhv olmaq üzrədir

ABİDƏ HAQQINDA

Qarabağ xanlığının yaradıcısı Pənahəli xan Sarıcalı Cavanşir 1747-ci ildə müstəqillik əldə etdikdən sonra özü üçün etibarlı iqamətgah düzəltmək qərarına gəldi. Əvvəlcə tikdirdiyi Bayat və Şahbulağı qəsrləri dövrün müdafıə tələblərinə tam cavab vermədiyindən Pənah xan yeni şəhər-qala tikdirir. XIX əsrin rus mənbələrində bildirilir ki, Şuşa məscidlərinin birinin divarına quraşdırılmış kitabədə Pənah xanın 1167-ci il Hicridə Şuşa şəhərinin əsasını qoyduğu yazılıb. Şuşanın Cümə məscidinin divarında olmuş bu daş kitabə sonrakı yenidənqurma işləri zamanı aradan götürülmüşdür. Həmin itmiş kitabəyə gorə, Şuşa qalasının əsası 1753-cü ildə qoyulmuşdur. Şuşa möhkəm şəhər qala olmaqla yanaşı, həm də XVIII—XIX əsrlərdə Azərbaycanın mühüm siyasi-iqtisadi və mədəniyyət mərkəzlərindən biri olub. Şuşa qalasının ilk 9 yaşayış məhəlləsi indiki şəhərin nisbətən sakit relyefli aşağı hissəsində tikildiyindən Aşağı məhəllələr adlanır. İbrahim xanın dövründə şəhər ərazisinin şərq hissəsində 8 Yuxarı məhəllə formalaşır. Şəhərin daha sərt relyefli qərb hissəsində əsasən rus işğalından (1805) sonra isə 12 məhəllə salınır. Aşağı məhəllələr Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Dərdlər qurdu, Hacı Yusifli, Dörd Çinar və Çöl qala (Cuhudlar), Yuxarı məhəllələr isə Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mircanlı, Dəmirçi, Hamam qabağı və Təzə məhəllə adları daşıyır. Dağlıq qərb hissəsinin Mehrulu, Qazancili, Əklisu, Çilləbörd, Dərə və s. bir-birindən dar, əyri küçələr ayırır. Ağ daşdan tikilmiş qala divarları fonunda terraslar şəklində yerləşmiş məhəllələr ifadəii görünüşlər əmələ gətirir. Öz inkişafının sonrakı mərhələlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmadığından Şuşa tarixən formalaşmış memarlıq-planlaşma quruluşunu saxlamışdır. Şuşa evlərinin coxu ikimərtəbəli olub but daşlardan tikilmişdir. İri eyvanların vitrajlı pəncərələri (şəbəkə) və interyerlərdə coxrəngli divar bəzəkləri olan ənənəvi Şuşa evləri Azərbaycanın başqa bölgələrinin evlərindən fərqlənmirdi. Bu evlərin bir neçə dəyərli örnəkləri qalmışdır. Hacı Quluların malikanəsi, Natəvanın evi, Uğurlu bəyin evi, Əsəd bəyin evi, Mehmandarovların evi və s. yaşayış evləri arasında xan və bəylərin saray tipli evləri daha zəngin bədii-memarlıq həlli ilə seçilirdi. Ancaq təəssüflər olsun ki, bu binalann əksəriyyəti dövrümüzə catmayıb. Şuşa məhəllələrinin hər birində onu formalaşdıran yaşayış evlərindən başqa lokal ictimai-dini mərkəz vardır. Bu mərkəz məhəllə meydanı ətrafında qruplaşan binalar — məscid, mədrəsə, hamam, dükan və bulaqdan ibarətdir. Şuşanın düzbucaq planlı məhəllə məscidlərinin (Culfalar, Çuxur, Hacı Yusifli və s.) bayır görünüşiəri yaşayış evlərinə bənzəsə də, interyerləri tam dini memarlıq tələblərinə uyğun tərtib edilmişdir. Şuşanın məscidləri icərisində ən monumentalı XIX əsrin böyük memarı Kərbəlayi Səfi xan Qarabağinin 1883-cü ildə tikdiyi Yuxarı Gövhər ağa məscididir. Pənahəli xanın 250 il oncə saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhəri 1988-ci ildə Azərbaycan Respublikasının Dövlət Tarix-memarlıq qoruğu elan edilmişdir.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.765515
Latitude:
46.752126