Qutlu Xacə Musa oğlu türbəsi

Ağdam rayonu, Xaçın Türbətli kəndi
Türbə

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
5
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Dünya əhəmiyyətli
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Türbə
Abidənin vəziyyəti:
Yaxşı vəziyyətdədir

ABİDƏ HAQQINDA

Qutlu Xacə Musa oğlu türbəsi Ağdam rayonunun Xaçın Turbətli kəndində Elxanilər dovrundə inşa olunmuşdur. Xalq arasında “ Sarı Musa turbəsi” adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir: “Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir”. Bu daş kitabəyə görə turbən in inşaatı 15 iyul 1314-cu ildə tamamlanmışdır. Qülləvari türbə tipinin ozünəməxsus örnəklərindən olan Qutlu Xacə Musa oğlu türbəsinin bayır həcmi üctipli alçaq kürsülük, on iki üzlü prizmatik korpus və çadırabənzər piramidalı günbəz örtüyündən ibarətdir. Türbə interyerinin bədii və konstruktiv həllinin yuksək olması sifarişcinin nüfuzu və imkanları ilə yanaşı, memar ustad Şahbənzərin böyük sənətkarlıq bacarığı və təcrübəsinin göstəricisidir. Qutlu Xacə türbəsi bitkin üslublu memarlıq əsəri olub dovrun ideya-bədii təmayüllərini layiqincə əks etdirir.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
40.032967
Latitude:
46.817006