Örənqala

Beyləqan rayonu
Şəhər

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
60
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Dünya əhəmiyyətli abidə
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Şəhər

ABİDƏ HAQQINDA

Örənqala adı ilə tanınan şəhərin xarabalığı indiki Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında yerləşir. Yazılı mənbələrdə Paytakaran adı ilə məşhurdur. Şəhər xarabalığının qala divarlarından içəridə olan sahəsi 40 hektara yaxındır. Böyük şəhərin ətrafına çəkilmiş qala divarlarının uzunluğu 2400 m, kiçik şəhərinki isə 1525 m-dir. Şəhər yerində ilk arxeoloji qazıntılar 1933-cü ildə A.A.İessen tərəfindən aparılmışdır. Tədqiqatçıların fikrincə, Beyləqan ilk dəfə Örənqaladan 7 km cənub-şərqdə, indiki Təzəkənd ərazisində yerləşmişdir. Təzəkənddəki şəhər sahəsi 5 hektardan çox ərazini əhatə edir. Qazıntılar nəticəsində burada təxminən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Müəyyən edilmişdir ki, Təzəkənd sahəsindəki şəhər eramızın ərəfəsində meydana gəlmiş, VII əsrdən isə burada həyat kəsilmişdir. Arxeoloji qazıntılar VI əsrdən başlayaraq Beyləqan iqtisadi, ictimai və mədəni həyatını əks etdirən zəngin mədəni təbəqələri üzə çıxarmışdır. Beyləqanda əsas tikinti materialı kimi çiy və bişmiş kərpicdən istifadə edilmişdir. Qazıntılar zamanı Azərbaycanda və eləcə də dünyanın bir çox ölkələrində 6-7-ci əsrlərdən başlayaraq 12-13-cü əsrlərədək kəsilmiş sikkələr tapılmışdır. 11-13-cü əsrlərdə Beyləqan özünün çiçəklənmə dövrünü keçirmişdir. 1221-ci ilin sonlarında monqolların Beyləqana basqını ciddi dağıntı törətmiş və şəhərin tənəzzül dövrü başlanmışdır.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.835876
Latitude:
47.503467