Bülbülün ev muzeyi

Şuşa şəhəri, Torpaq Meydanı məhəlləsi
Yaşayış evi

ABİDƏNİN PASPORTU

Abidənin inventar sayı:
5585
Abidənin növü:
Memarlıq abidələri
Əhəmiyyət dərəcəsi:
Ölkə əhəmiyyətli
Üslubu:
Aran memarlıq məktəbi
Kateqoriya:
Yaşayış evi
Abidənin vəziyyəti:
Məhv olmaq üzrədir.

ABİDƏ HAQQINDA

Bülbülün Şuşadakı iki otaq və eyvandan ibarət olan ev muzeyi 1992-ci ilə qədər onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Bülbül bu evdə anadan olmuş, uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asıbdır. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər saxlanılırdı. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi. İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilirdi. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltəraş Xanlar Əhmədov tərəfindən bürüncdən yaradılmış uşaqlıq illərinin portreti əks olunmuş və üzərində azərbaycan və rus dillərində yazılmışdı. Hazırda Bülbülün Şuşadakı muzeyini və bütövlükdə yaradıcılığını təbliğ edən mərkəz Bakıda geniş ictimaiyyətin müzakirəsinə verilmişdir. Əfsuslar olsun ki, Bülbülün Şuşadakı memorial muzeyi hal hazırda erməni işğalı altındadır. Bütün bu ekspozisiyalar Bülbülün vətəni Şuşada xeyli ətraflı nümayiş etdirilirdi.

ABİDƏNİN KOORDİNATLARI:

Longitude:
39.7616041
Latitude:
46.7579947