ABİDƏNİN PASPORTU
- Abidənin inventar sayı:
- 36
- Abidənin növü:
- Arxeoloji abidələr
- Əhəmiyyət dərəcəsi:
- Dünya əhəmiyyətli
- Kateqoriya:
- Yaşayış məskəni
- Abidənin dövrü:
- Orta tunc dövrü
- Abidənin arxeoloji dövrü:
- Orta tunc dövrü
- Abidənin vəziyyəti:
- Məhv olub
ABİDƏ HAQQINDA
Orta tunc dövrünə aid olan Üzərliktəpə abidəsi Ağdam şəhəri yaxınlığında tapılmış qədim yaşayış yeridir. Abidədə ilk tədqiqatlar, 1954-cü ildə Karine Kuşnarova tərəfindən tədqiq edilibdir. Tapılmış maddi-mədəniyyət nümunələri bizim eradan əvvəl XIX - XIV əsrlərdə, yerli əhalinin yüksək əkinçilik və maldarlıq mədəniyyətinə malik olduğunu sübut edir. Abidə ellips formasında olub, hündürlüyü 8,5 metrdir. Üzərliktəpənin ətrafına eni 2 metr olan saman qarışıqlı çiy kərpicdən ibarət möhtəşəm qala divarı çəkilmişdir. Üzərliktəpədən gil qab nümunələri, əmək alətləri, dənli bitki qalıqları və gil qadın fiquru aşkar olunubdur. Bundan sonra, arxeoloqlar Üzərliktəpədən aşkar olunan gil qabları iki qrupa boldülər. Birinci qrupa, Qızılvəng boyalı qablarının oxşarı olan, açıq qırmızı rəngdə olub, üzəri qara boya ilə həndəsi, nəbati və zoomorf formada bəzədilmiş qablar aiddir. İkinci qrupa qara rəngdə bişirilmiş, üzəri cilalanmış və xüsusi nöqtələrlə həndəsi formada bəzədilmiş gil qablar daxildir.
ABİDƏNİN KOORDİNATLARI:
- Longitude:
- 40.014748
- Latitude:
- 46.916892