ABİDƏNİN PASPORTU
- Abidənin inventar sayı:
- 29
- Abidənin növü:
- Arxeoloji abidələr
- Əhəmiyyət dərəcəsi:
- Dünya əhəmiyyətli
- Kateqoriya:
- Yaşayış məskəni
- Abidənin dövrü:
- Eneolit dövrü
- Abidənin arxeoloji dövrü:
- Eneolit dövrü
- Abidənin vəziyyəti:
- Məhv olub
ABİDƏ HAQQINDA
Leylatəpə yaşayış məskəni Qarabağ düzənliyində ətraflı şəkildə öyrənilmiş eneolit dövrü abidələrindən biridir. Abidə Ağdam rayonunun Eyvazlı kəndindən 300 metr şimal-qərbdə, Xındırıstan-Quzanlı şossesinin sol tərəfində yerləşir. Tədqiqarlar nəticəsində məlum olmuşdur ki, abidə həm Azərbaycan, həm də Cənubi Qafqazda mövcud olan eneolit yaşayış məskənlərindən mədəni-xronoloji və istehsal ənənələri baxımından fərqlənir. Burada 1984-1990-cı illərdə arxeoloq İdeal Nərimanov tərəfindən aparılmış arxeoloji qazıntılar nəticəsində eneolit dövrünün son mərhələsinə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri ilə birlikdə 20 ədəd boyanmış qab parçalarına da rast gəlinmişdir. İdeal Nərimanov bütün bunları nəzərə alaraq Leylatəpə sakinlərinin İkiçayarasından (Mesapotamiyadan) gəlmiş Ubeyd tayfaları olduğu fikrini irəli sürmüş və Cənubi Qafqaz arxeologiyası üçün yeni olan tədqiqatlarını Leylatəpə mədəniyyəti kimi təqdim etmişdir.
ABİDƏNİN KOORDİNATLARI:
- Longitude:
- 40.1386
- Latitude:
- 47.12532