ABİDƏNİN PASPORTU
- Abidənin inventar sayı:
- 10
- Abidənin növü:
- Memarlıq abidələri
- Əhəmiyyət dərəcəsi:
- Dünya əhəmiyyətli
- Üslubu:
- Alban xristian memarlığı
- Kateqoriya:
- Monastır
- Abidənin dövrü:
- Qarabağ XIII -XVIII əsrin 40-cı illəri
- Abidənin vəziyyəti:
- Yaxşı vəziyyətdədir
ABİDƏ HAQQINDA
Gəncəsər monastırı Kəlbəcər rayonu, Vəngli kəndində yerləşir. Bu monastır Alban-Xaçın knyazı Həsən Cəlal tərəfindən 1216-1238-ci illərdə tikilmişdi. Monastır Alban katolikosu Nersesin xahiş ilə tikilməyə başlanaraq, daha sonra Albaniyanın baş kilsəsinə çevrilmişdir. Gəncəsər Xaçınçayın sol sahilində yerləşərək XIII əsrdən XIX əsrə kimi Alban katolikosluğunun mərkəzi iqamətgahı olmuşdur. Bu məbədin divarında olan yazıda yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş Alban vilayətinin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişah Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edildiyi qeyd edilmişdi.
ABİDƏNİN KOORDİNATLARI:
- Longitude:
- 40.0367993
- Latitude:
- 46.535597